“1-ci Qafqaz” telekanalı “Eutelsat” şirkətini məhkəməyə verib

Gürcüstanın rusdilli “1-ci Qafqaz” telekanalı yayımının dayandırılmasına səbəb olmuş peyk operatoru “Eutelsat” şirkətini məhkəməyə verib.

Kanalı Paris məhkəməsində təmsil edəcək Anri d`Armanak operator şirkətin kanalla olan müqaviləsini birtərəfli qaydada ləğv etdiyini bildirib. Şirkət isə aralarında hər hansı müqavilənin imzalanmadığını iddia edir.

Gürcüstan kanalın yayımının Rusiyanın təzyiqi ilə dayandırıldığına inanır.