İstanbulda NATO-nun iki günlük iclası başlayıb

NATO Əfqanıstan hökumətinin tərəfinə keçən talibançılara rüşvət vermək fikrində deyil.

Bunu NATO-nun baş katibi Andres Forq Rasmussen bu gün deyib.

Rasmusen NATO-nun saytında getmiş məlumatda Talibanla əlaqəni kəsib dinc həyata dönmək istəyənlərin sosial müdafiəsi üçün Əfqanıstana 140 milyon dollar məbləğində əlavə vəsait ayrıldığını qeyd edir.

Bu gün İstanbulda NATO ölkələri müdafiə nazirlərinin iki günlük iclası başlayıb.

Görüşdə Əfqanıstan ordusu və yerli polisə kadrlar hazırlanması, bu prosesin sürətləndirilməsi müzakirə olunur.