Amerikada ənənəvi olaraq demokratların qalib gəldiyi Massaçussets ştatındakı seçkilərdə gözlənilmədən qalib gəlmiş respublikaçı Skot Broun and içərək parlamentin yuxarı palatasında rəsmən öz fəaliyyətinə başlayıb.
Bununla da 100 yerlik Senatda respublikaçıların sayı 41-ə çatıb. Bu da onlara Obama administrasiyasının hər hansı qanunvericilik təşəbbüsünün qarşısını almağa imkan verəcək.