Kosmonavtlara yemək və su çatdırılıb

Rusiyanın kosmik agentliyi bu gün Beynəlxalq Kosmik stansiyaya yemək, su, yanacaq və başqa yüklər çatdırdığını bildirib. Rusiyanın kosmik gəmisi iki gün əvvəl yol çıxmışdı.

Hazırda Beynəlxalq Stansiyada iki rus, iki amerikalı, və bir yapon kosmonavt var.