Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb, "exit-poll"un - seçki məntəqələrinin qarşısında aparılmış sorğuların nəticələrinə görə "Regionlar" Partiyasının rəhbəri Viktor Yanukoviç irəlidədir.
"Demokratik təşəbbüslər" Fondunun, Aleksandr Razumkovun Mərkəzi və Kiyev Beynəlxalq İnstitutunun keçirdiyi milli "exit-poll"un nəticələrinə görə Yanukoviç 48,7, onun rəqibi - baş nazir Yuliya Timoşenko isə 45,5 faiz səs toplayıb.
Başqa "exit-poll"larda da Yanukoviç 3-6 faiz arası üstünlüyə malikdir.
Seçicilərin fəallığı təxminən 1-ci turdakı qədər olub - 60 faiz.
Mərkəzi Seçki Komissiyası seçkinin yekun rəsmi nəticəsini fevralın 17-dən gec olmayaraq elan etməlidir.