İran prezidenti Mahmud Əhmədinejad uranın 20 faizə qədər zənginləşdirilməsinə başlamaq barədə göstəriş verib. Ölkənin atom sənayesinə rəhbərlik edən Əli Əkbər Salehi bu prosesə sabahdan etibarən Natanz zavodunda başlayacaqlarını bildirib.
ABŞ-ın müdafiə naziri Robert Qeyts bu xəbərdən çox məyus olduqlarını, Tehrana qarşı daha geniş sanksiyaların vacibliyini söyləyib. Almaniyanın müdafiə naziri də beynəlxalq ictimaiyyətin səbr kasasının artıq dolduğunu deyərək, sanksiyaları sərtləşdirməyə çağırıb.