Ölkə prezidenti İlham Əliyev hesab edir ki, müxalifət zəifdir. O, Euronews TV-yə müsahibəsində Azərbaycanda müxalifətin zəif olmasının səbəblərini xalqın getdikcə yaxşı yaşamasıyla əlaqələndirib:
«ONLAR ONSUZ DA HƏMİŞƏ BUNUNLA MƏŞĞULDURLAR»
«Azərbaycanda müxalifət zəifdirsə, bu, bizim günahımız deyil. Mən sizə Azərbaycanda müxalifətin niyə indi bu cür faciəvi vəziyyətdə olmasının səbəbini də deyə bilərəm. Çünki Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. Böhranlı 2009-cu ildə bizim iqtisadiyyatımız 9.3 faiz, sənayemiz 8.6 faiz artıb, inflyasiya cəmi 1.5 faiz olub və valyuta ehtiyatlarımız 20.4 milyard dollara çatıb. Bu vəziyyətdə müxalifət nə verə bilər? Yalnız tənqid? Neyləyək, onlar onsuz da həmişə bununla məşğuldurlar və biz etiraz etmirik».
«İLHAM ƏLİYEV ÖZÜ YAXŞI BİLİR»
Amma prezidentin müxalifəti «zəif» adlandırması bu cəbhədə narazılıq yaradıb. Müxalif düşərgədə deyirlər ki, onlar iqtisadi inkişafa görə yox, ölkədəki antidemokratik vəziyyətə görə zəifdirlər.
AXCP sədri Əli Kərimli öz bloqunda İlham Əliyevə açıq məktub ünvanlayıb. O müxalifətin zəifliyinin səbəbləri ilə bağlı səslənən fikirləri tam absurd sayır:
«Absurd fikirdir. Məgər ölkədə iqtisadi vəziyyət yaxşı olanda müxalifət olmur ki? Dünyanın bir nömrəli iqtisadi gücü ABŞ deyil? Orda bir il bundan qabaq hökuməti dəyişdilər. Necə olur ki, Azərbaycandan 10-15 dəfə yaxşı yaşayan ölkələrdə güclü müxalifət olur, amma Azərbaycanda olmur. Əlbəttə, bu, heç bir tənqidə davam gətirməyən tezisdir».
Əli Kərimli deyir ki, İlham Əliyev özü yaxşı bilir, hakimiyyət nələrin hesabına müxalifəti indiki vəziyyətə gətirib çıxarıb:
«Mitinqləri qadağan eləməklə, mitinqə çıxanların üzərinə daxili qoşunları, çevik polis alayını göndərməklə, rayonlarda seçicilərlə görüşlərin qarşısını almaqla, televiziyaları müxalifətin üzünə bağlamaqla, mətbuatı əzib məhv etməklə, siyasi fəalları, gənc fəalları şərləmə üsulları ilə repressiyaya məruz qoymaqla, partiyaları qərargahlarından məhrum etməklə, hətta müxalifət partiyasının liderinə pasport verməməklə müxalifətin fəaliyyət imkanlarını məhdudlaşdırıblar. Elə bu səbəbdən də müxalifət sərbəst fəaliyyət göstərə bilmir. Bunu bütün dünya bilir. Əslində, jurnalistin verdiyi sualdan da aydın oldu ki, bütün dünya Azərbaycandakı post-sovet diktatura rejiminin olduğundan xəbərdardır. Bütün dünya müxalifətin fəaliyyət göstərmək, danışmaq imkanının zorla əlindən alındığından xəbərdardır».
«MÜXALİFƏTİN ZƏİFLİYİ HƏM DƏ DEMOKRATİYANIN ZƏİFLİYİDİR»
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, İlham Əliyev ölkədə müxalifətin zəif olduğunu deməklə əslində Azərbaycanda demokratiyanın zəifliyini etiraf edib. Onun sözlərinə görə, müxalifətin zəifliyi ölkədə ictimai gücün bərabərsizliyi ilə bağlıdır:
«İndi faktiki olaraq Azərbaycanda totalitarizm hökm sürür və bütün güc hakimiyyətin əlindədir. Elə bu baxımdan da müxalifət gücsüz görünür».
Sərdar Cəlaloğluna görə, bu gün dünyanın ən antidemokratik ölkələrində müxalifət çox zəifdir, ya da heç yoxdur, amma əhalinin yüksək səviyyədə yaşadığı Amerika, Avropada müxalifət demək olar ki, iqtidarla bərabər gücdədir.
Sərdar Cəlaloğlu sual edir ki, hamının yaxşı yaşadığı ölkədə müxalifət niyə zəif olmalıdır?
«Əgər ölkədə doğrudan da əhali yaxşı yaşayırsa, onda niyə müxalifət zəif olmalıdır, elə onda müxalifət də güclü olmalıdır. Mənim başım çıxmır, yaxşı yaşamaqla müxalifətçiliyin nə əlaqəsi var axı?».
HƏYATIN KEYFİYYƏTİ TƏKCƏ NEFT PULLARI HESABINA VARLANMAQ DEYİL
Respublikaçı Alternativ (REAL) vətəndaş birliyinin həmtəsisçisi İlqar Məmmədova görə, həyatın keyfiyyəti təkcə neft pullarının xərclənməsilə ölçülməməlidir. O, həyatın keyfiyyətini təyin edən xeyli amillərin olduğunu deyir:
«O, həyatın keyfiyyətini təyin edən xeyli amillərin olduğunu deyir. Söhbət neft pulları hesabına varlanmaqdan gedirsə, bu heç də Azərbaycanda həyat keyfiyyətlərini təsvir eləmir. Bu baxımdan İlham Əliyevin bir prezident kimi həyat keyfiyyəti haqda təsəvvürləri tam yanlışdır».
İlqar Məmmədova görə, ölkədə müxalifətin zəif olması daha çox repressiv ab-hava ilə bağlıdır, nəinki İlham Əliyevin dediyi iqtisadi inkişafla.