Ukraynada prezidentliyə namizəd Yuliya Timoşenko mətbuata müraciət edəcək. Fevralın 7-də Ukraynada prezident seçkiləri keçirilib.
Timoşenkonun rəqibi Viktor Yanukoviçin qələbə qazanmaq üçün lazımi qədər səs topladığı bildirilir. Bununla belə baş nazir Timoşenko Yanukoviçin qələbəsini hələlik tanımayıb.
Analitiklərin fikrincə o, seçkilərin ədalətsiz keçirildiyini deyə bilər.
Seçkini izləyən ATƏT müşahidəçiləri seçkini demokratiyanın bariz nümunəsi adlandırıb və hakimiyyətin dinc yolla ötürülməsinə çağırıb.