«İşdən sonra» proqramının ikinci hissəsində qonaqlar bu suala cavab axtarıblar. Proqramın qonaqları iqtisadçı Oqtay Haqverdiyev və Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər komissiyasının sədri Ələkbər Ağasıyev olub.
Oqtay Haqverdiyev deyib:
- Bu, əlbəttə ki, xoşagəlməz hadisədir. Belə hadisələrdən heç bir ölkə sığortalanmayıb. Bu hadisələrin qarşısını almaq üçün işlər görmək vacibdir. Bu hadisə göstərdi ki, hadisənin qarşısını almaq üçün lazım olan tədbirlər həyata keçirilməyib. Havaların dəyişməsindən 10 gün qabaq hidrometeroloqlar dəfələrlə dedilər ki, bizi şaxta gözləyir, küləklər olacaq. Belə olan halda lazımi qurumlar su təchizatı, elektrik təchizatı ilk növbədə bu sahədə lazım olan tədbirlər görülməli idi ki, bu hadisələrin qarşısı alınsın. Biz artıq görürük ki, bu hadisənin qarşısını heç bir təşkilat almayıb. Bunun özü acınacaqlı haldır.
Ələkbər Ağasıyev isə deyib ki, proqnozların bu xəbərdarlığından qurum rəhbərləri ilk növbədə ailələri üçün yararlanıb:
- Hər ilin qış mövsümü başlamazdan əvvəl yekdilliklə deyirlər ki, hər şey hazırdır, bu qış yaxşı olacaq. Lakin mən bilirdim ki, bu il də əvvəlki illərdən fərqlənməyəcək. Çünki qurumlar istehlakçıya xidmət etmək niyyətində deyillər. Yəqin ki, onlar proqnozların xəbərdarlığını eşidəndən sonra ailələrinin rahatlığını təmin etməklə məşğul olublar.
Proqramda «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə telefon əlaqəsi yaradılıb:
- Bizim xətlərimizdə yük olmadıqda bizim abonentlər də işıq ala bilmirlər. Bu bizi də narahat edir. Bilirsiniz «Bakıelektrikşəbəkə» ASC çalışır ki, 24 saat abonentləri işıqla təmin etsin.
Ələkbər Ağasıyev Tanrıverdi Mustafayevə sual verdi:
- Deyəsən, dünən ya srağagün axşam televiziyalarda göstərdilər ki, 16 yaşlı bir gənc mənzillərində dörd gün işıq olmadığından atasının avtobusunda gecələyib mühərrik işlək vəziyyətdə olduğundan səhər onun dəm qazından boğulmuş meyidini tapıblar. Evdə isti yer tapa bilmədiyindən avtobusda yatıb ki, isinsin. Artıq insan tələfatı var enerji qıtlığından. Sizin fikrinizcə, kimliyindən asılı olmayaraq kimsə buna cavab verməlidir ya yox?
Tanrıverdi Mustafayev suala necə cavab verdi?
Əhali baş vermiş hadisədə məhkəməyə müraciət edə bilərmi?
Hansı qurumlar işini yaxşı görmür?
Enerjinin neçə faizi itir?
BU VƏ BAŞQA SUALLARA CAVAB TAPMAQ İSTƏYİRSİNİZSƏ AUDİONU DİNLƏYİN.