«Azərenerji» ASC Azərbaycanın enerji sistemində baş verən qəza ilə bağlı açıqlama yayıb
Fevralın 9-da enerji sistemində baş verən qəzaya səbəb Mingəçevirdən Abşeron yarımstansiyasına gələn xətlərin birində qəza baş verməsidir.
Bu barədə «APA»a «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, gərginlik artdıqdan sonra stansiyaya gələn ikinci xətdə də qəza baş verib. Həmin xətlər sıradan çıxdıqdan sonra Səngəçal stansiyasından Xırdalan yarımstansiyasına gələn xətlərdə də müəyyən problemlər yaranıb. Qəza saat 11:57-də baş verib, 6 dəqiqə sonra – saat 12:03-də bərpa edilib.
Açıqlamada bildirilir ki, Azərbaycanın enerji sistemində baş verən qəzanın əsas səbəbi bir neçə gün əvvəl respublika ərazisində olan çovğundur. Çovğun zamanı «Azərenerji» naqillərin açılmasının qarşısını ala bilsə də, yaranmış zədələnmələri aradan qaldıran zaman ciddi maneələr yaranıb. Belə ki, 1960-cı illərdə tikilən bu xətlərin şəhəri normal enerji ilə təmin etməyə üçün gücü çatmır. Bununla bağlı Asiya İnkişaf Bankı ilə müqavilə imzalanıb və Mingəçevir xətlərinin davamı kimi iki xəttin tikilməsi nəzərdə tutulub. Amma bu xətləri çəkməyin özü artıq böyük problemdir. Çünki xətt çəkmək üçün yol yoxdur, hətta xətlərin altı da tutulub.