Partlayışda azı 6 polis ölüb

Pakistanda törədilmiş partlayışda azı 6 polis ölüb, 15 nəfərsə yaralanıb.

Yerli hakimiyyətin məlumatına görə Polis maşını Əfqanıstanla sərhəddə yerləşən Hayber rayonunda partlayıb.

Hələlik bunun intiharçı tərəfindən törədildiyi və ya yola mina qoyulduğu bəlli deyil.