İranda 100-dən çox adamın həbs olunduğu xəbər verilir

İran İslam İnqilabının 31-ci ildönümündə Tehranda hökumət qüvvələri ilə müxalifətçilər arasında toqquşmalar olub.

Həmçinin İsfahan, Şiraz və Məşhəd də daxil olmaqla ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirildiyi, 100-dən çox adamın həbs olunduğu xəbər verilir.

Məlumatlara görə Tehranda müxalifət lideri Mehdi Karrubi və islahatlar tərəfdarı, keçmiş prezident Məhəmməd Xatəmiyə də hücum edilib.

Amma onlara bir şey olmayıb.