ABŞ rəsmisi Pakistandakı vəziyyətdən daha çox narahatdır

ABŞ-ın vitse-prezidenti Cozef Bayden bildirib ki, Pakistandakı vəziyyət onu, Əfqanıstan, İraq və İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətdən daha çox narahat edir.

O bunu CNN televiziyasına müsahibəsində deyib.

Bayden qeyd edib ki, iri nüvə dövləti olan Pakistanda hələ də tam demokratiya yoxdur.

İranın nüvə proqramına gəldikdə isə Bayden deyib ki, Tehranın hətta kiçik hərbi nüvə potensialına yiyələnməsi , Səudiyyə Ərəbistanı, Misir və Türkiyəni də buna sürükləyə bilər.