Bakıdakı tikintilərdən birində ölüm hadisəsi baş verib

Bu gün Nərimanov rayonundakı tikintilərdən birində ölüm hadisəsi baş verib.

Türkiyənin "DİA Holding" şirkətlər qurupuna məxsus tikintidə qaldırıcı qurğu aşaraq 40-45 yaşlı suvaqçının üstünə düşüb.

Qəzaya səbəb qurğunun trosunun qırılması olub.

Hadisə Azadlıq prospekti ilə İnqilab küçəsinin kəsişməsində inşa olunan “Bakı Yaşıl Vadi Qonaqları” adlı tikintidə baş verib.

İstintaq gedir.