«Biz müharibə aparan dövlət kimi, çalışmalıyıq ki, hücum əməliyyatlarını başlayası olsaq, əvvəlcə sinoptiklərlə məsləhətləşək. Çünki ümidimiz yoxdur ki, müharibənin gedişində ölkədə 3-5 gün işıq olacaq ya yox».
Deputat Fazil Mustafa parlamentdə belə deyib. Bu fikirləri oxuyanda belə bir təsəvvür yarana bilər ki, Milli Məclisin fevralın 12-də keçirilən iclasında söhbət yenə də Qarabağdan gedib. Amma yox, millət vəkilləri son günlər ölkədə yağan qarın fonunda yaranan işıq problemindən danışıblar.
Cari məsələlərin müzakirəsində necə deyərlər, quyuya ilk daşı deputat İqbal Ağazadə atdı. O, belə vəziyyətin yaranmasına Fazil Mustafaəsas səbəb kimi hələ də bələdiyyələrə lazımı səlahiyyətin verilməməsini göstərdi. Millət vəkillərinin əksəriyyəti isə məsələni konkretləşdirərək fikirlərini «Azərenerji» ASC-nin üzərində köklədilər.
JURNALİSTİN KAMERASINI SINDIRMAQDANSA…
Deputat Qüdrət Həsənquliyev dedi ki, qarlı havada paytaxtda və bölgələrdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yol polisi öz işlərini necə lazımdır yerinə yetiriblər. Ancaq paytaxtın saatlarla elektrik enerjisi ilə təchiz olunmaması, metropolitenin işıqlarının sönməsi və insanların tunellərdə qalması tənqid olunası haldır və buna görə məsuliyyət daşıyan şəxslər qanunla cavab verməlidirlər.
Q.Həsənquliyevə görə, iş-işdən keçəndən sonra problemi çəkib göstərən jurnalistin kamerasını sındırmaqdansa, sıradan çıxmış elektrik dirəklərini vaxtında dəyişmək lazım idi.
«AZƏRENERJİ» RƏHBƏRLİYİNİN QEYRİ-PEŞƏKARLIĞI
İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə problemin yaranma səbəbini «Azərenerji» rəhbərliyinin qeyri-peşəkarlığında gördü:
«Bu, ilk növbədə Azərbaycanın enerji sistemində, onun rəhbərliyində peşəkarlığın, dövlətçiliyin çatışmaması ilə daha çox bağlıdır. Oqtay ƏsədovOna görə də elə etmək lazımdır ki, təbiətin bu və ya digər şıltaqlıqları yaranan zaman belə hallar təkrar olunmasın».
F.Ağamalı da bəzi başqa həmkarları kimi düşünür ki, «Azərenerji»də yaranmış bu böhranlı vəziyyətin digər strukturlara da aid edilməsi ədalətsiz yanaşmadır.
HAMI YAXŞI İŞLƏYİB
Bir sözlə, millət vəkilləri yaranmış vəziyyətdən o qədər danışdılar ki, vitse-spiker Ziyafət Əsgərovda sual yarandı ki, bəs görəsən qar yağmasaydı, deputatlar nədən danışardılar. Onun bu fikri ilə həmfikir olduğunu deyən spiker Oqtay Əsədovun sözlərinə görə isə, ölkənin qarlı-çovğunlu günü hamı yaxşı işləyib, FHN də, yol polisi də, lap elə «Azərenerji» də:
«İşığın kəsilməsi haqda danışdıq, amma hansı vəziyyətdə, 2 saat ərzində görülən işlərdən heç kim bir kəlmə də danışmaq istəmir. «Azərenerji»nin rəhbərliyi də danşıdı. Televizorda göstərilən kadrlardan da göründü ki, «Azərenerji»dəki insanlar hansı şəraitdə, nə vəziyyətdə bu fövqəladə vəziyyəti aradan qaldırmaq istəyirdilər».
Bəzi ekspertlər isə hesab edirlər ki, problemdən danışan millət vəkillərinin heç də hamısını həqiqətən də məhz yaranmış vəziyyət, ölkə əhalisinin soyuqda üzbəüz qaldığı qaranlıq narahat edir. Belə fikirlər var ki, əslində bu müzakirənin mahiyyətində sosial, iqtisadi məsələdən çox siyasi çəkişmələr, Azər Rəşidoğlulobbilər arası mübarizə dayanır.
BU SAHƏDƏ BÖYÜK PULLAR VAR
Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, qar yağması «Azərenerji»nin fəaliyyətinin nə dərəcədə rüsvayçı olduğunu ortaya qoydu. Amma:
«Təbii ki, burada «Azərenerji»nin hədəfdə olması bəllidir. Yəni bu sahədə böyük pullar var. Bu pullara hakimiyyət daxili hansı qrupun nəzarət edəcəyi önəmlidir. Ona görə də qarın yaratdığı vəziyyətdən istifadə edərək hakimiyyət daxili qruplarda həmin sahəni ələ keçirmək uğrunda mübarizə daha da kəskinləşdi».
Azər Rəşidoğlu hesab edir ki, parlamentdə müşahidə edilənlər hakimiyyət daxili mübarizənin yeni bir mərhələsidir Və «Azərenerji»ni ələ keçirmək uğrunda mübarizə davam edir.
Deputat Fazil Mustafa parlamentdə belə deyib. Bu fikirləri oxuyanda belə bir təsəvvür yarana bilər ki, Milli Məclisin fevralın 12-də keçirilən iclasında söhbət yenə də Qarabağdan gedib. Amma yox, millət vəkilləri son günlər ölkədə yağan qarın fonunda yaranan işıq problemindən danışıblar.
Cari məsələlərin müzakirəsində necə deyərlər, quyuya ilk daşı deputat İqbal Ağazadə atdı. O, belə vəziyyətin yaranmasına
JURNALİSTİN KAMERASINI SINDIRMAQDANSA…
Deputat Qüdrət Həsənquliyev dedi ki, qarlı havada paytaxtda və bölgələrdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yol polisi öz işlərini necə lazımdır yerinə yetiriblər. Ancaq paytaxtın saatlarla elektrik enerjisi ilə təchiz olunmaması, metropolitenin işıqlarının sönməsi və insanların tunellərdə qalması tənqid olunası haldır və buna görə məsuliyyət daşıyan şəxslər qanunla cavab verməlidirlər.
Q.Həsənquliyevə görə, iş-işdən keçəndən sonra problemi çəkib göstərən jurnalistin kamerasını sındırmaqdansa, sıradan çıxmış elektrik dirəklərini vaxtında dəyişmək lazım idi.
«AZƏRENERJİ» RƏHBƏRLİYİNİN QEYRİ-PEŞƏKARLIĞI
İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə problemin yaranma səbəbini «Azərenerji» rəhbərliyinin qeyri-peşəkarlığında gördü:
«Bu, ilk növbədə Azərbaycanın enerji sistemində, onun rəhbərliyində peşəkarlığın, dövlətçiliyin çatışmaması ilə daha çox bağlıdır.
F.Ağamalı da bəzi başqa həmkarları kimi düşünür ki, «Azərenerji»də yaranmış bu böhranlı vəziyyətin digər strukturlara da aid edilməsi ədalətsiz yanaşmadır.
HAMI YAXŞI İŞLƏYİB
Bir sözlə, millət vəkilləri yaranmış vəziyyətdən o qədər danışdılar ki, vitse-spiker Ziyafət Əsgərovda sual yarandı ki, bəs görəsən qar yağmasaydı, deputatlar nədən danışardılar. Onun bu fikri ilə həmfikir olduğunu deyən spiker Oqtay Əsədovun sözlərinə görə isə, ölkənin qarlı-çovğunlu günü hamı yaxşı işləyib, FHN də, yol polisi də, lap elə «Azərenerji» də:
«İşığın kəsilməsi haqda danışdıq, amma hansı vəziyyətdə, 2 saat ərzində görülən işlərdən heç kim bir kəlmə də danışmaq istəmir. «Azərenerji»nin rəhbərliyi də danşıdı. Televizorda göstərilən kadrlardan da göründü ki, «Azərenerji»dəki insanlar hansı şəraitdə, nə vəziyyətdə bu fövqəladə vəziyyəti aradan qaldırmaq istəyirdilər».
Bəzi ekspertlər isə hesab edirlər ki, problemdən danışan millət vəkillərinin heç də hamısını həqiqətən də məhz yaranmış vəziyyət, ölkə əhalisinin soyuqda üzbəüz qaldığı qaranlıq narahat edir. Belə fikirlər var ki, əslində bu müzakirənin mahiyyətində sosial, iqtisadi məsələdən çox siyasi çəkişmələr,