- Qurbağa istəyirəm.
Qız onun sözünü yaxşı başa düşmədi.
- Deməli, qara kostyum istəmirsən?
- Yox, qara kostyum da istəyirəm, amma indi qurbağa istəyirəm.
Qız deyəsən qurbağa sözünü eşitdi.
- Nə istəyirsən?
Qurbağa.
Qız əvvəl çaşdı, sonra birdən nəsə anlamış kimi sözünü davam elədi.
- Hə, onda gedib şənbə günü sənə kostyum alarıq. Həm də yadıma sal, divan üçün örtük də alaq, evdəkilər almayıb.
- Görəsən evdə qurbağa saxlamaq olar? Yəqin ki, onun da düşər-düşməzi var.
- Qulaq as da. Bir aya gör nə qədər iş görməliyik. Gecə-gündüz fikirləşirəm.
Görəsən brilyant komplekt alsanız yaxşı olar, yoxsa sirkon? Amma brilyant olmasa bizim evdəkilər o qədər ağız büzəcək ki…
Ən çox da böyük xalam deyinəcək. «Axtardın, axtardın, adam tapdın da, bir brilyant da ala bilmir. İşi gücü elə pianino dınqıldatmaqdı.»
- Maraqlıdır, görəsən qurbağa özünü balıq hesab edir, yoxsa sürünən? Yəqin ki, yazıq özü də bilmir kimdir.
- Hə, sənin kimi. Qulaq as. Deyirəm bəlkə bir az borc tapıb brilyant komplekt alasan. Evdəkilərin ağzı yumulsun. Toydan pul yığıb borcu qaytararıq. Hə? Nə fikirləşirən? Borc tapa bilərsən?
- Yadındadı, o gün zoomaqazinə girmişdik? Fikir vermədin, orda qurbağa satırdılar, ya yox?!
- Heç zarafat vaxtıdı? Mən nə hayda, sən nə hayda. Mənə bax, gör ağlıma nə gəlib.
Bəlkə gəlinlik paltarını almayasınız, kirayə götürəsiniz. Onda bir az pul qalar. Bir az da üstünü düzəltsəniz, brilyant almağa çatar. Sonra bir də nəsə deyəcəkdim.
Hə, yadıma düşdü. Xonçalara qoymaq üçün konfet alanda fikir ver ki yaxşı konfet olsun, çoxunu da şokolad elə.
- Fikir vermisən, bütün heyvanlar dünyaya gələndə valideynlərinə oxşayırlar, cəmi iki heyvan var ki doğulur, xeyli yaşayır, yalnız sonra öz son görkəmini tapır. Bu iki heyvan qurbağayla kəpənəkdi. Sən bir ziddiyyətə bax.
- Əşi, nə yapışmısan bu qurbağanın yaxasından, bircə o qalmışdı ki, pianinonun üstünə də qurbağa qoyasan. Hə, pianino dedim yadıma bir şey düşdü. Dünən axşam fikirləşdim ki, bəlkə toyda özün də bir iki mahnı çalasan, maraqlı olar.
- Təsəvvür elə dünyaya gəlirsən, balaca balıqsan, ləzzətlə üzürsən özünçün suda, bir də xəbər tutursan ki yavaş-yavaş qurbağa olursan. Dəhşət.
- Sənin başına hava gəlib deyəsən. Mən gecə-gündüz fikir çəkirəm ki, görəsən toyu necə yola verəcəyik, sən də başlamısan ki, qurbağa belə, balıq belə.
Qız stəkanı götürüb başını yelləyə-yelləyə ayağa qalxdı, oğlandan soruşdu.
- Çay istəyirsən?
- Yox, qurbağa istəyirəm.