Əhməd Davudoğlu İrana gedir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu həftə İrana səfər edəcək. O, İranın nüvə proqramı ilə bağlı uranın zənginləşdirilməsi üçün BMT-nin təklif etdiyi uranın başqa ölkələrdə zənginləşdirilməsi proqramının reallaşmasına çalışacaq.

Türkiyə son vaxtlar İranla əlaqələrin yaxşılaşdığını bildirib. Buna görə də uranın mübadiləsi əməliyyatının öz ərazisində keçirilməsini təklif edib.