Rusiya varlılarının siyahısında 3 azərbaycanlı da var. Fİnans jurnalının tərtib etdiyi siyahıda 8-ci yerdə “Lukoyl” neft-qaz şirkətinin rəhbəri Vaqif Ələkbərovun adı yer alıb. Onun əmlakı 10,65 mlrd. dollar diqməyləndirilir.
87-ci yerdə 860 milyon dollarla AST şirkətlər qrupunun sahibi Telman İsmayılovdur.
99-cu yerdə isə Azərbaycan prezidenti İlham Əliyevin qudası Araz Ağalarovdur. Crocus group-un sahibi olan Ağalarovun var-dövləti 700 milyon dollar dəyərləndirlir. Ağalarov ötən il 144-cü yeri tuturdu.
Ümumiyyətlə isə, 2009-cu ildə polad maqnatı olan Vladimir Lısin ölkənin ən varlı adamı olub. Ötən il varidatı cəmi 7.7 milyard dollar olan Novolipetsk Polad-ın sahibi bu il 18.8 milyard dollarla ölkənin ən varlı şəxsi olub.
Ötən il Rusiya varlıları siyahında birinci olan poladvə bank maqnatı Mixail Proxorovun var-dövləti 14.1 milyard dollardan 17.8 milyard dollara artıb, və siyahıda ikinci yerə düşüb.
Ümumilikdə böhranın təsirlərinin azalmasıyla Rusiyadakı zəngin şəxslərin var-dövlətini artırması diqqət çəkir. Ölkənin ən varlı 10 adamı ötən il ərzində varidatlarını 84 faiz arıtırıblar və birlikdə indi 139.3 milyard dollara sahibdirlər.