Saxlanan dindarları 7 ilədək həbs gözləyir

Ötən həftənin şənbə günü bir qrup dindar Şəhidlər xiyabanını ziyarət etmək istəyib, onlarla polis arasında qarşıdurma yaranıb

Fevralın 13-də saxlanan dindarlardan dördü Yasamal rayon məhkəməsinin qərarıyla iki aylıq həbs olunub. Onlara dövlət nümayəndəsinə müqavimət göstərmək və xuliqanlıq üzrə ittiham irəli sürülüb.

Həbs edlənlərdən biri – Elçin Abbasovun vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, o, bu ittihamlarla, həm də həsb qəti-imkan tədbiri ilə razı deyil, bunun üçün apellyasiya verəcək:

«Çünki bu ağır ittihamdır.İşin faktiki halları göstərir ki, bu ittiahamda onun təqsiri yoxdur».

İttiham sübuta yetirilərsə, saxlananları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Ötən həftənin şənbə günü bir qrup dindar Şəhidlər xiyabanını ziyarət etmək istəyib, onlarla polis arasında qarşıdurma yaranıb.

Bakı şəhər Polis İdarəsi hadisə zamanı 5 əməkdaşının yaralandığını bəyan edib, yürüş iştirakçıları isə dinc aksiya keçirdiklərini bildirib.