Abxaziyada Rusiyanın hərbi bazasının yerləşdirilməsi barədə saziş imzalanacaq

Bu gün Moskvada Rusiya prezidenti Dmitri Medvedyevin separatçı Abxaziyanın lideri Sergey Baqapşla Abxaziyada Rusiyanın hərbi bazasının yerləşdirilməsi barədə saziş imzalayacağı gözlənilir. Separatçı regionun müdafiə nazirinin müavini Qarri Kupalba bazada azı 3 min hərbçinin yerləşdiriləcəyini bildirib.

Gürcüstan öz ərazisində hərbi baza yaradılmasını qanunsuz adlandırıb.

2008-ci ilin avqust müharibəsindən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.