Uşaq oğurluğunda günahlandırılanlar azad edildi

Haitidə uşaq oğurluğunda ittiham olunan 10 amerikalıdan 8-i həbsdən azad edilib və ölkəni tərk edib.

Missionerlər ötən ay həbs olunub.

Onlar dağıdıcı zəlzələdən sonra 33 Haitili uşağı ölkədən heç bir sənəd olmadan çıxarmaq istəyibmiş.

Amerikalı missionerlərdən ikisi hələ də Port-a-Prinsdə həbsdədir.