Jurnalisti çəkiliş zamanı döyüblər

İqtisad Universitetiylə üzbəüz «Karvan» kafesində baş verən partlayışla əlaqədar çəkiliş aparan jurnalist Zülfüqar Xeyirxəbər kafe sahibi tərəfindən döyülüb.

«Salamnews» informasiya agentliyinin əməkdaşı zərərçəkən qismində izahat vermək üçün Səbail rayon 9-cu polis bölməsinə çağırılıb.

«Əllə, ayaqla zərbələr endiriblər. Sol gözümün altı partlayıb. Hələ heç bir həkim yardımı göstərilməyib mənə».

Səbail rayon 9-cu polis bölməsindən AzadlıqRadiosuna bildiriblər ki, jurnalistə hücum edən 2 nəfər də saxlanılıb.