3 əsgər həlak olub

Fevralın 18-də Ermənistan Silahlı Qüvvələrinin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun üç əsgəri həlak olub, biri isə yaralanıb.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

O deyir ki, yaralı əsgərin vəziyyəti kafidir və Ermənistan tərəfinin itkiləri daha çoxdur.