ABŞ Dövlət katibinin müavini Bakıya gəlib

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyams Bernsün fevralın 19-dan Bakıya səfəri başlayır.

Bir günlük səfər çərçivəsində onun prezident İlham Əliyev və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyi bildirilir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən AzadlıqRadiosuna bildiriblər ki, görüş zamanı ölkələr arası münasibətlər, Qarabağ münaqişəsinin həlli yolları və enerji məsələsi müzakirə ediləcək.


Uilyam Berns BakıyaTürkiyədən gəlir, bundan əvvəl Livan və Suriyada səfərdə olub.