Müdafiə Nazirliyi məlumat yayıb

Müdafiə Nazirliyi qoşunların təmas xəttində baş verən geniş miqyaslı atəşkəs pozuntusu ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba və Qapanlı, Ağdam rayonunun Yusifcanlı və Cavahirli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar: «Sonra atışma geniş miqyaslı xarakter alıb».

Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun üç əsgəri həlak olub, biri isə yaralanıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub və Azərbaycandan az itki verməyərək geri çəkilməyə məcbur edilib.