Mərakeşdə məscid uçub

Məscidin 400 yaşı var

Mərakeşdə məsciddəki faciə nəticəsində 40-dək adam həlak olub, 70-dək adam isə yaralanıb.

Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ənənəvi cümə namazından qabaq yaşı 400 il olan məscidlərdən birinin minarəsi uçub.

Uçmaya səbəb şiddətli yağış ola bilərdi. Faciə yerində xilasetmə işləri davam edir.