Türkiyədə Xocalı qırğını anılacaq

Fevralın 25-də Xocalı qırğını ilə bağlı Türkiyə Böyük Millət Məclisində dinləmələr keçiriləcək.

Bu barədə Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Mustafa Kabakçı məlumat verib.

Onun sözlərinə görə, dinləmələrdən əvvəl parlamentdə sərgi açılacaq.

Burda Xocalı həqiqətlərini əks etdirən kitabın təqdimatı da nəzərdə tutulub.

Günün ikinci yarısında isə parlamentdə Xocalı faciəsi ilə bağlı dinləmələr keçiriləcək.

Həmçinin parlamentin təşəbbüsü ilə Ankaranın Keçiörən bələdiyyəsi və Qazi Universitetində Xocalı qırğını ilə bağlı tədbirlər keçiriləcək.