Dalay Lama senzuranı başlıca problem sayır

Birləşmiş Ştatlarda səfərdə olan Tibetin dini lideri Dalay Lama bildirib ki, Tibetlə Pekindəki kommunist rejimi arasındakı bir çox problemlərin əsas mənbəyi senzuradır.

O Reuters agentliyinə müsahibəsində bildirib ki, Çinin hakim dairələri azad informasiya mübadiləsinə imkan vermədiyinə görə Çin vətəndaşları tibetlilərin mövqeini başa düşə bilmirlər.

Dalay Lama hesab edir ki, Çində açıq cəmiyyət və informasiya azadlığının bərqərar olması, ölkədə Tibetlə bağlı şübhə və lazımsız qorxuları azaldacaq.

Dalay Lamanın bu günlərdə Vaşinqtonda prezident Barak Obama ilə görüşməsi Çinin kəskin narazılığı ilə qarşılanıb.