Madeyra adasında ölənlərin sayı 40-a çatıb

Portuqaliyanın Madeyra adasında daşqın və sürüşmələrdən azı 40 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb və ya itkin düşmüş hesab olunur.

Daşıqn və sürüşmələrə səbəb aramsız yağan yağışlar və qasırğa olub.

Portuqaliya adaya hümanitar yardımlar göndərir.

Əməliyyata hərbi gəmi və vertolyotlar cəlb olunub.

Portuqaliyaya məxsus bu ada, Atlantik okeanında, Portuqaliyadan 900 kilometr aralıda yerləşir.