Əfqanıstanda NATO qüvvələrinin hava zərbəsi nəticəsində 33 dinc sakin həlak olub

Əfqanıstanın Uruzqan əyalətində NATO qüvvələrinin hava zərbəsi nəticəsində 33 dinc sakin həlak olub. Xəbər Əfqanıstan hökumətinə istinadən verilib.

Bundan əvvəl NATO komandanlığı bildirmişdi ki, dünən Uruzqan əyalətində silahlıların olduğu güman edilən avtomaşına hava zərbəsi nəticəsində 19 nəfər dinc sakin öldürülüb. Sonradan biliblər ki, maşında uşaqlar və qadınlar olub.

Hadisəylə bağlı Əfqanıstan hökuməti və NATO komandanlığı birgə araşdırmaya başlayıblar.