Lufthansa aviaşirkəti 4 günə 100 milyon avro itirəcək

Lufthanza aviaşirkəti pilotların tətil aksiyasını dayandırmaq tələbiylə məhkəməyə müraciət edib.

Almaniyanın təyyarə pilotlarının həmkarlar ittifaqı 4 günlük tətil élan eləyib.

Həmkarlar ittifaqı Lufthanzanın böhranla əlaqədar yerli pilotları ixtisar edib, əvəzində daha ucuz maaşa işləməyə razı olan xarici işçilər dəvət eləmək planlarına qarşı çıxır, iş yerlərinin qorunacağı təminatı istəyir və maaşların artırılmasını tələb edir.

Bu tətil nəticəsində Lufthanzanın 3200-ə yaxın uçuşunun təxirə salınması gözlənilir.

Lüfthanza ümumilikdə bu tətil nəticəsində 100 milyon avro ziyan görə biləcəyini deyib.