NATO-Rusiya əməkdaşlığı genişləndirməlidir

NATO və Rusiya təhlükəsizlik əməkdaşlığını genişləndirməlidir. ABŞ Dövlət katibi Hillari Klinton bu fikirdədir. Atlantika Şurasında danışan Klinton bildirib ki, yeni əməkdaşlıqlar, o cümlədən Rusiya ilə əməkdaşlıq – NATO-ya nüvə silahının yayılması, terror, quldurluq və kiber təhlükəsizlik kimi artan beynəlxalq təhlükələrin qarşısını almağa kömək edəcək.

Dövlət katibi həmçinin NATO-nun genişlənməsinin Rusiya üçün hədə olmadığını, eyni zamanda Avropada raketdən müdafiə sistemi planlarının Rusiyaya qarşı yönəlmədiyini bildirib.