Əfqan terror planı hazırladığını açıqladı

Əfqan immiqrant Nyu-Yorkda terror törətməyi planlaşdırdığını etiraf edib. 25 yaşlı Nacibulla Zazi məhkəmə dinləmələri zamanı bildirib ki, o, ötən il metroya hücum planlayan ekstremistlərə yardım göstərib. Həmçinin Pakistanda «əl-Qaidə»nin düşərgəsində təlim keçib.

İstintaq materiallarına görə müttəhim terror vasitəsilə amerikalı hərbçilərin dinc əfqanların hüquqlarını pozmasına diqqət çəkmək istəyirmiş.

Gözlənilir ki, əfqan immiqrant ömürlük həbs cəzası alacaq.