İlham Əliyev Piter Semnebini qəbul edib

Prezident İlham Əliyev fevralın 24-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTAc-ın məlumatına görə, görüşdə Azərbaycanın Avropa Birliyi ilə əlaqələri, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.