Vasitəçilər martın 19-da Moskvaya yığışacaq

Yaxın şərq sülh prosesinə vasitəçilik edən dördlük martın 19-da Moskvaya yığışacaq.

Bu barədə Rusiyanın xarici işlər naziri Seürgey Lavrov bildirib.

Görüşdə məqsəd sülh danışıqlarını bərpa eləməkdir.

2002-ci ildə yaradılmış vasitəçilər qrupuna ABŞ, Rusiya, Avopa Birliyi və BMT daxildir.