Rusiya prezidenti ilə Avropa rəsmisi İranın nüvə proqramını müzakirə ediblər

İranın nüvə proqramı Rusiya prezidenti Dimitri Medvedevlə Avropa Birliyinin beynəlxalq məsələlər üzrə katibi Ketrin Eşton arasında aparılan danışıqların əsas mövzusu olub.

Ketrin Eşton danışıqlardan sonra bildirib ki, ümid edir ki, Rusiya ilə Qərb İrana qarşı sanksiyaların gücləndirilməsində bir vövqedən çıxış edəcəklər.

Ketrin Eşton Moskvaya səfəri zamanı xarici işlər naziri Sergey Lavrovla da görüşüb.

Danışıqlar zamanı tərəflər arasındakı viza rejiminin ləğvi müzakirə olunub.