Dehlidə Hindistan-Pakistan danışıqları başa çatıb

Dehlidə Hindistan-Pakistan danışıqları başa çatıb.

Bu 2008-ci ildə Hindistanın Mumbay şəhərində törədilmiş terror hücumundan sonra tərəflər arasında ilk yüksək səviyyəli görüşdür.

Hindistanın xarici işlər naziri Nirupam Rao və onun pakistanlı həmkarı Salman Bəşir əvvəlcə təkbətək görüşüblər, sonra isə görüş geniş tərkibdə davam etdirilib.

Dehli 2008-ci ildə İslamabadla rəsmi danışıqları dayandıraraq , ondan Pakistan ərazisində fəaliyyət göstərən yaraqlılara qarşı qəti tədbirlər görülməsini tələb edirdi.

Mumbay hadisələrində təxminən 170 adam öldü.