«Azərbaycan bayrağı yandırılmayıb»

«Azərbaycan bayrağının Təbrizdəki konsulluğun binası qarşısında yandırılması barədə məlumatlar həqiqətə uyğun deyil». APA-nın yaydığı məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami bu gün keçirdiyi mətbuat konfransında deyib.

M. Bəhrami deyib ki, onlar bütün hadisələri çəkiblər və bütün videomateriallar var:

«Burada Azərbaycan bayrağının yandırılması məqamı yoxdur».

Diplomat deyib ki, Təbrizdə olarkən Şərqi Azərbaycan əyalətinin qubernatorundan və aidiyyəti orqanlardan bayrağın yandırılması barədə soruşduqda onlar təəccüblənib, bunun yalan olduğunu deyiblər.

Təbrizdə Azərbaycan bayrağının yandırılması xəbəri mediada yayıldıqdan sonra buna qarşı etiraz aksiyaları keçirilib.