Bunu parlamentin İnsan Hüquqları Komitəsinin toplantısında Ombudusman Aparatının rəhbərliyinə namizədlərin müzakirəsi zamanı komitənin rəhbəri Rəbiyyət Aslanova deyib:
«Əks təqdirdə onlar əziz qonaq kimi yuxarı başda oturub heç bir iş görmürlər. Gördükləri iş də uğursuz nəticələnir. Bu, ATƏT-in də, Avropa Şurasının da ofislərinə aiddir. Bilirsiniz, əziz, ərköyün qonaq statusundan çıxmaq lazımdır».
Rəbiyyət Aslanovanın sözlərinə görə, onları bir qədər silkələmək lazımdır.