Nazir müavini və İsrail vətəndaşı rüşvət ittihamı ilə 11 il azadlıqdan məhrum edildi

Qazaxıstanda Müdafiə nazirinin müavini və bir İsrail vətəndaşı qanunsuz silah alverinə görə həbs edilib.

Məhkəmədə elan edilən iddiaya görə onlar Qazaxıstana 190 milyon dollarlıq silah satışında satışı zamanı qanunları pozublar. Ona görə də keçən il həbs edilmiş İsrail vətəndaşı saxtakarlıq və rüşvət ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

Qazaxıstanın Müdafiə nazirinin müavini də vəzifədən sui-istifadədə və korrupsiyada ittiham edilərək 11 il azadlıqdan məhrum edilib.

İsrailin Astanadakı səfirliyi məsələyə şərh verməyib.