Baş nazir Artur Rasi-zadəyə «Şərəf» ordeni verildi

Prezident İlham Əliyev baş nazir Artur Rasi-zadənin «Şərəf» ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, baş nazir bu təltifə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün verdiyi böyük töhfələrə görə layiq görülüb.

Artur Tahir oğlu Rasi-zadə 1935-ci ildə Gəncədə anadan olub. Azərbaycan Sənaye İnstitutunu bitirib, ixtisasca mühəndis mexanikdir.

1996-cı ildən baş nazir vəzifəsində çalışır.