Tovuz-Böyük Qışlaq-Qaralar yolu yenidən qurulur. Bu barədə AzadlıqRadiosuna Tovuz rayon İcra Hakimiyyətinin tikinti-memarlıq şöbəsinin müdiri Rəşid Həsənov məlumat verib.
Onun sözlərinə görə, Tovuz rayon mərkəzini sərhəd kəndlərlə birləşdirən yolun yenidən qurulması işi cari ilin sonlarında başa çatacaq.
Layihəyə əsasən 50 kilometrlik tam müasir standartlara uyğun şəkildə bərpa olunacaq, yolun üzərində bir neçə avtomobil körpüləri tikiləcək.
Rəşid Həsənov bildirdi ki, yol ölkə prezidentinin 7 oktyabr tarixli sərəncamına uyğun olaraq bərpa olunur. Yolun yenidən qurulmasına ilkin olaraq 2009-cu ildə prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılıb.