Yaraqlı 5 adamı öldürüb, ikisini yaralayıb

Kabildə yaraqlı 5 nəfəri öldürüb, 2-ni isə yaralayıb.

Onların hamısı bir ailənin üzvləridir.

Polisin məlumatına görə naməlum şəxs dünən ölkənin şərqində evlərdən birinə soxularaq atəş açmağa bağlayıb.

Onu ələ keçirmək mümkün olmayıb.

Hələlik cinayətin motivi bəlli deyil.

Cümə günü isə yaraqlıların hücumu nəticəsində Kabildə 17 adam ölüb.