Əks-kəşfiyyat döyüş maşını alınmasında korrupsiya olub-olmadığını araşdıracaq

Avstriya istehsalı olan piyadaların döyüş maşını - Pandur II 8x8

Çex Respublikasının Baş naziri Yan Fişer əks-kəşfiyyat idarəsi BİS-ə müraciət edərək orduda korrupsiya qalmaqalını araşdırmağı tələb edəcək. Yerli qəzetlərin yazdığına görə Avstriyanin Steyr firmasından Pandur adlı piyadaların döyüş maşını alınmasında korrupsiya iddiaları ortaya çıxıb.

Keçən həftə gündəlik “Mlada fronta Dnes” qəzeti Steyr şirkətinin iki keçmiş menecerinin gizli müzakirəsinin məzmununu çap edib. Onlar Çexiyanın siyasi partiyalarının nümayəndələrinə ödənişləri müzakirə edirdilər.

Müzakirədə nüfuzlu adamların, o cümlədən də Sosial Demokrat Partiyasından keçmiş Baş nazir Stanislav Qrossun, keçmiş Müdafiə naziri Karel Kuehnl (Həmkarlar İttifaqı), indiki Müdafiə naziri Martin Bartakın adlarını çəkirlər.

Orduya 866 milyon dollarlıq maşın alınmasında çıxan bu qalmqala haqqında daha ətraflı "Korrupsiometr" saytında oxuyun.