Tacikistandakı parlament seçkilərində 85 faiz iştirak edib

Tacikistanın seçki orqanları bazar günü keçirilmiş parlament seçkilərində seçicilərin 85 faizinin iştirak etdiyini bildiriblər. ATƏT-dən olan beynəlxalq müşahidəçilərin seçkilərin gedişi ilə bağlı ilkin rəylərini bu gün açıqlayacaqları gözlənilir.

Qərb dövlətləri indiyə qədər Tacikistanda keçirilmiş seçkilərin heç birini azad və ədaləti seçkilər kimi qəbul etməyiblər. 17 ildir ölkəni avtoritar üsulla idarə edən prezident İmoməli Rəhmonun Xalq Demokrat Partiyasının bu seçkilərdə də qalib olacağına ekspertlər çox az şübhə edirlər.