Ermənistan müxalifəti bu gün mitinq keçirmək istəyir

Ermənistan müxalifəti mart hadisələrinin ildönümü ilə bağlı bu gün mitinq keçirməyi planlaşdırır.

İki il əvvəl prezident seçkilərinin nəticələrinə etiraz olaraq eks-prezident və müxalifət lideri Levon Ter-Petrosyanın tərəfdarları kütləvi etiraz aksiyalarına başlamışdılar. İki il əvvəl martın 1-də polislə mitinqçilər arasında baş verən toqquşma zamanı 10 nəfər ölmüş, 250 nəfər yaralanmışdı.

Ermənistan mediasının məlumatına görə, bu gün səhərdən əyalətlərdən Yerevana gələn əsas yollar bağlanıb.