Sərhədsiz reportyorlar istintaqa ümidini itirir

“Biz istintaqda heç bir nəticə əldə edilməməsinə görə əlbəttə çox məyusuq. Vaxt keçdikcə də qatillərin müəyyən edilib tapılacağına ümidlər də azalır.” Bunu Sərhədsiz Reportyorlar Təşkilatının nümayəndəsi Elza Vida Elmar Hüseynovun qətlinin beşinci ildönümü münasibətilə bildirib.

O bildirib ki, ötən müddət ərzində istintaqda heç bir yeniliyin olmaması qətlin yenicə baş verdiyi günlərdə rəsmilərin verdikləri vədlərə uyğun deyil.

Hakimiyyəti tənqidləri ilə məşhur olan “Monitor” jurnalının redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qapısında qətlə yetirilib. O zaman qatilin və sifarişçilərin tapılacağına prezident səviyyəsində vədlər verilsə də hələlik bu cinayətin üstü açılmayıb.