Bu gün “Buta Palace”də “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək namizədin adı bəlli olacaq.
Bu namizəd Məryəm Şabanova, Səfurə Əlizadə və “Milk&Kisses” qrupunun arasından seçiləcək. Milli finalın səsverməsi əvvəlcədən müəyyən edilmiş qayda üzrə münsiflər heyəti tərəfindən həyata keçiriləcək.
“Eurovision-2010” mahnı müsabiqəsi may ayında Norveçin paytaxtı Oslo şəhərində keçiriləcək.