Novruz bahalaşması bayramdan qabaq gəldi

«Yeni Müsavat»:

Novruz bahalaşması bayramdan qabaq gəldi

Bütün dünyada bayramqabağı ərzaq məhsullarının qiyməti düşsə də, bizdə alverçilər həmişə olduğu kimi, bu bayramda da «ənənə»lərinə sadiq qalaraq qiymətləri «ceyran belinə» qaldırıblar.
Bayram süfrəsi üçür bazarlıq etməyə gələn Gülnarə xanım isə istədiyi hər şeyi ala bilməməsindən şikayətlənirdi; «200 manatlıq bazarlıq etmişəm. Amma baxın, cəmi iki zənbildir, vəssalam».
Bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan Elvin bazarların ətrafında səyyar alverlə məşğul olanlardan şikayətləndi: «Bura hər gün nə qədər pul ödəyirəm. Gərək sahə polisi bazar ətrafında, binaların arasında qanunsuz alver edənlərə nəzarət edə».

«Bizim yol»:

Neft şirkəti daşı-daş üstə qoymadı

ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin, Binəqədi Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşlarının birgə iştirakı ilə Biləcəri qəsəbəsində yeni tikilmiş evləri ağır texnika ilə uçurulub.
Sakinlərin bildirdilər ki, evinin sökülməsinə etiraz edən bir nəfər dağıdılan hasarın alıtnda qalıb. Belə ki, hasara söykənərək «qoymaram» deyə sakinin fəryadlarına fikir verilməyib. Təhlükəsizlik İdarəsinin əməkdaşlarının əmri ilə traktor həmin hasarı aşırıb.
Sakinlər onu da bildirdilər ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə əlil və imkansız ailələrin bir neçəsinə də həmin ərazidə torpaq sahəsi ayrılıb. Sakinlərin sözlərinə görə, həmin ailələrə ev tikməyə də Heydər Əliyev Fondu yardım edib. İndi həmin evlərin uçurulmasını insanlar heç cür anlaya bilmirlər.

«Azərbaycan»:

Strasburqda Azərbaycan nümayəndə heyəti ilə görüş

Fransa ictimaiyyəti nümayəndələrinin, Strasburq və ətraf şəhərlərdə yaşayan soydaşlarımızın, tələbələrimizin iştirak etdiyi görüşdə çıxış edənlər Xocalı faciəsinin və bütövlükdə Azərbaycan həqiqətlərinin xarici ölkələrdə, təbliğində və yerli sakinlərə çatdırılmasında Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilib.
Sonda azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə «Azərbaycan evi» arasında əməkdaşlığa dair protokol imzalanmışdır.

«Yeni Azərbaycan»:

Nuşirəvan Məhərrəmli: Televiziya kanallarında sosial reklam məsələsi qanunvericilik yolu ilə hələ də öz həllini tapmayıb

Nuşirəvan Məhərrəmli bildirib ki, hazırda qanunvericilikdə sosial reklam anlayışı yoxdur. Bu sahədə hər hansısa bir formada yeniləşmənin aparılmasının gərəkli olduğunu deyən MTRŞ sədri vurğulayıb ki, reklam tarifsiz, dəyəri ödənilmədən yerləşdirilməlidir. Onun sözlərinə görə, əgər ciddi bir sahə ilə bağlı sosial reklam yerləşdirsək, digər sahələrdə də belə bir tələbat yaranacaq. «Bu məsələdə müəyyən sistemli qanunvericilik aktı ol malıdır. Bu, elə bir məsələdir ki, dövlət daim bunun üçün çalışır. Azərbaycan Televiziyası, İctimai Televiziya daha çox bu işlə məşğul olmalıdır, çünki dövlət büdcəsindən maliyyələşirlər».