Sülh və Demokratiya İnstitutu: Dindarların həbsi qanunsuzdur

Sülh və Demokratiya İnstitutu bəyanatla çıxış edərək, fevralın 13-də Məhəmməd Peyğəmbərin vəfatı günü ilə bağlı keçirilən aksiyada iştirak edən 5 dindarın həbsini və onlar barəsində cinayət işi açılmasını pisləyib.

SDİ-nin bəyanatında deyilir ki, polis dinc yürüşçüləri döyüb. Bununla da Konstitusiyanı və polis haqqında qanunu növbəti dəfə pozub. Dindarların həbs olunması isə qanunsuzluqdur.

Fevralın 13-də keçirilmiş aksiyada 5 dindar həbs olunub. Onlar haqqında 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.